Advertisement

Yəmən sahillərində naməlum şəxslər gəmiyə hücum ediblər

Bakı. Trend:

Yəmən sahillərində naməlum şəxslər gəmiyə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz
Qüvvələrinin Dəniz Ticarət Yükdaşımalarının Əlaqələndirilməsi
Mərkəzi (UKMTO) bildirib.

“UKMTO Yəmənin Aden şəhərindən 126 dəniz mili şərqində [Ədən
körfəzində] bir hadisə barədə bildiriş aldı. Hakimiyyət orqanları
hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və
hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə
olunur”, – deyə bildirilib.

Məlumata əsasən, hadisə ilə bağlı məlumat mərkəzə gəminin
kapitanından daxil olub.