Advertisement

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri Avropanı tərk edib

Bakı. Trend:

Dörd “B-52H Stratofortress” strateji bombardmançıdan ibarət qrup
Böyük Britaniyada bir ay qaldıqdan sonra ABŞ-nin Maynot şəhərindəki
daimi bazasına qayıdıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin
Avropa Komandanlığı bildirib.

Məlumata əsasən, nüvə silahını daşıyan bilən təyyarələr may
ayının sonunda İngiltərədəki Ferford aviabazasına “müntəzəm
bombardmançı qrupların yerləşdirilməsi” üçün köçürülüb.

Bildirilib ki, Avropada “B-52” bombardmançı təyyarələri Baltik
dənizi də daxil olmaqla Britaniya, İsveç, Fransa, Polşa və Almaniya
döyüş təyyarələri ilə qarşılıqlı uçuşlar həyata keçirib.