Advertisement

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Bakı. Trend:

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat endirilib.

Trend-in
məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi
qoyulub.