Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 08:00-a
olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla
əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu
ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan
Ceyrankeçməzçaydan sel keçib.
Bu barədə Trend-ə
Xidmətdən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu
ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan
Dəmiraparançaydan sel keçir.
O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni
zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı
çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə
edib.





























