Bakı. Trend:
Venesuela prezidenti Nikolas Maduro sağçı müxalifətin
nümayəndələri Edmundo Qonzales və Enrike Markesin çevriliş
hazırlaması barədə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə N.Maduro Monaqas ştatında
kütləvi mitinq zamanı deyib.
Məlumata əsasən, onlar 2024-cü il iyulun 28-də keçirilən
prezident seçkilərinin nəticələrinin tanınması haqqında Sazişi
imzalamayıblar.
“Bu sektorlar istənilən anda çevriliş etməyə çalışır <�…>.
Mənim sübutumlar var və xalqa səslənib deyirəm ki, istənilən
şəraitdə əsəbləri idarə etmək, maksimum birliyi və səfərbərliyi
saxlamaq lazımdır”, – deyə o bildirib.





























