Advertisement

Ermənistan bankları Rusiyanın “Mir” ödəniş sistemindən imtina edib

Bakı. Trend:

Ermənistanın Respublika Banklar İttifaqı ölkədəki bankların
Rusiyanın “Mir” ödəniş sistemindən imtina etməsini təsdiqləyib.

Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.

Qeyd olunub ki, Ermənistan bankları ikinci dərəcəli sanksiyalar
riski ilə əlaqədar olaraq bu qərara gəlib.

Bu risklər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət
İdarəsi (OFAC) tərəfindən “Mir” ödəniş sisteminə qarşı sanksiyalar
elan etdikdən sonra yaranıb.

Qeyd edək ki, Rusiya KİV-ləri Ermənistanda bankların
əksəriyyətinin martın 30-dan Rusiyanın “Mir” ödəniş sisteminin
kartlarının qəbulunu dayandırması barədə məlumat yaymışdı.