Advertisement

Bakıda və Abşeron yarımadasında faktiki və gözlənilən hava açıqlanıb

Bakı. Trend:

Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit
hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bəzi
yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında
Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan
xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı aylıq normanın 20
%-ni təşkil edib.

“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi
yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda
zəif şimal-şərq küləyi əsir.”

G.Məmmədovanın sözlərinə görə bu gün Bakıda və Abşeron
yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə
dəniz suyunun temperaturu 24-27 dərəcə
isti təşkil edəcək.