Bakı. Trend:
İyunun 21-də polis əməkdaşları narkotik vasitələrin aşkar
edilməsi məqsədilə əməliyyat keçiriblər.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi
çəkisi 118,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq
götürülüb.
Polis əməkdaşları bu sahədə qətiyyətli mübarizə tədbirlərini
davam etdirir.





























