Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan 163, 838 milyon ABŞ
dolları dəyərində 180 756 ton plastmas və ondan hazırlanan
məmulatlar ixrac edib.
Bu barədə Trend-ə Dövlət
Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 19,03% və 19,7% azdır.
Hesabat dövründə ölkənin ümumi ixracının 1,47%-i, qeyri-neft
sektoru ixracının isə 12,99%-i plastmas və ondan hazırlanan
məmulatların payına düşüb.
Beş ayda Azərbaycana 206,449 milyon ABŞ dolları dəyərində 117
059 ton plastmas və ondan hazırlanan məmulatlar idxal edilib ki, bu
da illik müqayisədə müvafiq olaraq 3,9% və 0,4% azdır.
Dövr ərzində sözügedən məhsulların idxalının ölkənin ümumi
idxalında payı 2,83% olub.



























