
Bakı. Trend:
ABŞ Rusiya viza mərkəzlərini bağlamaq və diplomatları vergi
imtiyazlarından məhrum etmək qərarına gələrsə, Rusiya adekvat cavab
verəcək.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“ABŞ belə tədbirlər həyata keçirərsə, Rusiya tərəfi adekvat
cavab verəcək”, – Zaxarova qeyd edib.
Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov
ABŞ-nin Vaşinqton və Nyu-Yorkda filialları olan Rusiya viza
mərkəzini bağlamaq qərarına gəldiyini bildirmişdi.





























