Advertisement

Qazaxıstanda deltaplan qəzaya uğradı: pilot öldü

Astana.Trend:

Qazaxıstanın Aktübinsk vilayətində deltaplanın qəzaya uğraması
nəticəsində pilot ölüb.

Trend bu barədə
Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə araşdırma aparmaq məqsədi ilə
mütəxəssislər cəlb olunub. Deltaplan “Samqau Aqro” şirkətinə məxsus
olub. Hadisə istehsalat zamanı baş verib.

“İyunun 21-də bu şirkətə məxsus “An-2” təyyarə sərt eniş edib.
Təyyarənin göyərtəsində iki nəfər olub”, – məlumatda qeyd
olunub.