Advertisement

Sabah hava necə olacaq? – PROQNOZ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gündüz
yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı
var.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°,
gündüz 28-33° olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə
sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 %
olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru
əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman
olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə
10-15°, gündüz 17-22° olacaq.