Bakı. Trend:
Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Brandenburq
qapısında onlara hücum edən Polşa futbol komandasının azarkeşlərini
saxlayıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, polyaklar polisə daş və butulka atıb, cavab
olaraq onlara qarşı bibər qazı və dəyənəklərdən istifadə
edilib.
Xatırladaq ki, Almaniyada keçirilən futbol üzrə Avropa
çempionatının dünən keçirilən matçında Polşa Avstriyaya 3:1 hesabı
ilə uduzub.





























