Advertisement

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrıldı

Bakı. Trend:

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev
Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi
ilə müqaviləsini birtərəfli olaraq pozub.

Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən
Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol
buraxıb.

O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.