Advertisement

Türkiyənin Aydın vilayətindəki yanğın söndürülüb

Bakı. Trend:

Türkiyənin Aydın vilayətindəki yanğın söndürülüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, yanğın naməlum
səbəbdən baş verib.

Xəbərdarlıq üzərinə Aydın Meşə Təsərrüfatı Müdirliyi və Aydın
Böyükşəhər Bələdiyyəsinin qrupları bölgəyə cəlb edilib.

Küləyin təsiri ilə böyüyən yanğına havadan və qurudan müdaxilə
edilib.

Məlumat üçün qeyd edək ki, nəzarət altına alınan yanğında 3
hektar zeytun bağına ziyan dəyib.