Bakı. Trend:
İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən
rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi
keçirilib.
DİM-dən Trend-ə
bildiriblər ki, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan
rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış
rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab
kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.





























