Advertisement

Aİ bu iki ölkədən idxal olunan taxıl üçün 95 avro rüsum tətbiq edib

Bakı. Trend:

Avropa İttifaqı Rusiya və Belarusdan idxal olunan taxıl üçün 95
avro gömrük rüsumu tətbiq edib.

Trend xəbər
verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən
məlumat yayıb.

“Yaxın günlərdə Avropa Komissiyasının bir ton üçün 95 avro rüsum
tətbiq edəcəyi gözlənilir”, deyə nəşr yazır.

Nəşrin məlumatına görə, bu addımın taxılın qiymətini minimum 50
faiz artıracağı gözlənilir.

Bundan başqa, yağlı bitkilərin toxumları və onların emalı üçün
istifadə olunan məhsullara da rüsumların tətbiq olunacağı qeyd
edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun