
Bakı. Trend:
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı
yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa
çatıb.
Trend xəbər verir ki, Azərbaycan yığması 18 medal qazanıb.
Təmsilçilərimiz yarışda 8 qızıl, 5 gümüş və 5 bürünc əldə
ediblər. Qızların mübarizəsində Nuray Əbilova 1 gümüş (U-15, 40
kq), Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kq), oğlanlarda isə
Kamran Xappayev 3 qızıl (U-15, 61 kq), Elman Kurdanov 2 gümüş və 1
bürünc (U-15, 67 kq), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kq),
Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kq), Muhəmmədəli Məmmədzadə
(U-15, 96 kq) isə 1 gümüş və 2 bürünc medal qazanıb.
U-15 yaş qrupunda Azərbaycan yığması komanda hesabında 2-ci yeri
tutub. 709 xal toplayan millimiz Türkiyə, Polşa, Bolqarıstan kimi
ölkələri qabaqlayıb. 1-ci pillədə 742 xalla Gürcüstan
qərarlaşıb.
Qeyd edək ki, Avropa birinciyində 38 ölkədən 415 (198 qız + 217
oğlan) idmançı mabarizə aparıb.





























