Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə
edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına
Macarıstanın veto qoymasından yan keçəcək mexanizm hazırlayıb.
Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə
müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti
Cozep Borrel bildirib.
Onun sözlərinə görə, vetodan yan keçmə mexanizmi hər hansı
hüquqi qərar kimi mürəkkəb, lakin işlək olacaq.
Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi
iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.





























