
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bugün Bakıda üç polis və bir mülki şəxs
öldürülüb.
Trend xəbər verir ki,Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər
dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü
Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən
saxlanılarkən silahlı müqavimət göstərib. O, polis əməkdaşlarına
mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab
tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən
istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3
nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə
yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları
tərəfindən zərərsizləşdirilib.
Öldürülən polis əməkdaşlarının adları açıqlanıb.
Polis kapitanı Məmmədov ELdəniz
Polis serjantı Ağayev Mahir
Polis serjantı Heydərov Mirəli





























