Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 22-də və 23-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki
dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 61, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.