Advertisement

İran ofşor valyuta hazırlayır – Trend.Az

Bakı. Trend:

İran ofşor rial ideyasını inkişaf etdirir. Onun Rusiya ilə
maliyyə əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.

Trend İraqn KİV-ə istinadən xəbər verir ki, bunu İran Mərkəzi
Bankının rəhbəri Məhəmməd Fərzin deyib.

“Ofşor rial ideyası hazırlanır. Biz tezliklə Rusiya ilə
sövdələşmələrdə ofşor rialın ilk layihəsini işə salacağıq”, – deyə
Fərzin rəqəmsal real layihəsinin təqdimat mərasimindən sonra
bildirib.

Qeyd edək ki, rəqəmsal rial artıq ictimai dövriyyəyə buraxılır.
Bu valyuta ölkədə maliyyə əməliyyatlarını sadələşdirmək və
sürətləndirmək üçün nəzərdə tutulub. Beləliklə, müştərilər xüsusi
proqram təminatı ilə yaradılacaq ştrix-koddan istifadə etməklə
alış-veriş etmək və vəsait köçürmək imkanı əldə edəcəklər. Yenilik
İranın ödəniş sisteminin səmərəliliyini artırmaq məqsədi
daşıyır.