
Bakı. Trend:
İyunun 24-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda
hava şəraiti yağmursuz keçib.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Qeyd edilib ki, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi
rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının
miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.
Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. Havanın maksimal
temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında
35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq
ərazilərdə 14 dərəcəyədək isti olub.





























