Advertisement

İraqın şimalında hava əməliyyatı keçirilib – Türkiyə MN

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şımalında hava əməliyyatı
keçirib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama
verib.

Nazirlik bildirib ki, İraqın şimalında Metina, Zap, Hakurk, Qara
və Qəndil bölgələrində PKK terror təşkilatı tərəfindən istifadə
edilən 27 hədəf hava əməliyyatları nəticəsində məhv edilib.

“Biz heç bir şəhidimizin qanını yerdə qoymamışıq, qoymayacağıq
da”, – deyə qeyd olunub.