
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar
barədə həftəlik məlumat (17.06.2024 -23.06.2024) açıqlanıb.
ANAMA-dan Trend-ə bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın,
Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl,
Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 108 tank əleyhinə
mina, 204 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 946,3 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.





























