
Fransanın Ermənistana verdiyi dəstəyin və xüsusilə
də prezident Emmanuel Makronun baş nazir Nikol Paşinyana olan
zahiri “rəğbət”i emosiyalardan çox kənar, sırf siyasi hesablar
üzərində qurulmuş nəsnələrdir.
Ermənistan ordusunun qalıqlarını sürətlə silahlandırmağa
başlamış Fransanın tələsdiyi aşkar görünür. Belə ki, 155 mm çaplı
“Ceasar” özüyeriyən artilleriya qurğularının (ÖAQ) Ermənistana
verilməsi prosesi 15 ay kimi həddən ziyadə kiçik zaman kəsiyinə
təsadüf edəcək.
Dövlətlərarası anlaşmalar əsasında silah və hərbi texnika
tədarükü belə qısa müddət üçün hesablanmır, reallaşmır.
Fransa ermənilərə haubitsalardan savayı, “Bastion” zirehli
transportyorları, “Mistral” zenit-raket qurğuları və “Ground Master
200” radiolokasiya qurğuları da verəcək.
Sadalanan texnika dünya silah bazarında ciddi qəbul
edilmədiyindən rəsmi Paris onların PR-ını Ukrayna və Ermənistan
vasitəsilə reallaşdırmaq fikrindədir.
Belə ki, “Ceasar” və “Bastion”lar indiyədək Fransanın birbaşa
təsirindəki Afrika ölkələrinə, habelə Mərkəzi və Şərqi Avropadakı
kiçik dövlətlərə satılıb. Alıcılar arasında bir neçə kiçik Asiya
ölkəsi də var ki, bununla da siyahı bitir.
Ermənistan və Fransa arasında hərbi təlimlər və təhsil sahəsində
geniş əməkdaşlıq mövcuddur. Fransız hərbi akademiyaları erməni
zabitlər üçün təlim kursları təşkil edir və erməni zabitlər
Fransanın hərbi akademiyalarında təhsil alırlar.
Fransa Ermənistanın müdafiə sənayesinin inkişafına dəstək verir.
2019-cu ildə Ermənistan Müdafiə Nazirliyi və Fransa Müdafiə
Nazirliyi arasında müdafiə texnologiyaları üzrə əməkdaşlıq
memorandumu imzalanıb. Bu memorandum çərçivəsində iki ölkə arasında
müdafiə texnologiyaları üzrə təcrübə və məlumat mübadiləsi həyata
keçirilir.
Ermənistan və Fransa arasında birgə hərbi təlimlər keçirilir. Bu
təlimlər hər iki ölkənin ordusunun əməliyyat qabiliyyətini artırmaq
məqsədi daşıyır. Məsələn, builki birgə təlimlərdə erməni və fransız
əsgərləri birlikdə müxtəlif ssenarilərdə təlim keçiblər.
2020-ci ildə Ermənistan və Fransa arasında hərbi əməkdaşlıq
sahəsində 5 böyük layihə həyata keçirilib.
2021-ci ildə Ermənistan Müdafiə Nazirliyi və Fransa Müdafiə
Nazirliyi arasında 3 yeni müqavilə imzalanıb.
2022-ci ildə Ermənistanda keçirilən birgə təlimlərdə 200-dən çox
erməni və fransız hərbçi iştirak edib.
Fransanın hərbi akademiyalarında təhsil alan erməni zabitlərin
sayı son 5 ildə 30% artıb.
Fransa Ermənistan üçün müxtəlif artilleriya sistemləri və hərbi
texnika da satmağa hazırlaşır.
Həmin texnikaya nəzər salaq:
1. “Ceasar” artilleriya sistemi: bu sistem yüksək dəqiqlik və
atəş gücü ilə tanınır. CEASAR sistemi 155 mm-lik artilleriya
topları ilə təchiz olunub və uzaq məsafələrə dəqiq atışlar həyata
keçirə bilir.
2. “VAB” zirehli transportyoru: bu maşın həm əsgər daşıma, həm
də döyüş əməliyyatları üçün istifadə olunur. Yüksək manevr
qabiliyyəti və zirehli qoruma təmin edir.
3. “ARAVIS” zirehli maşını: bu maşın yüksək təhlükəsizlik və
müdafiə qabiliyyəti ilə seçilir və müxtəlif hərbi missiyalarda
istifadə edilə bilir.
4. “Mistral” raket sistemləri: bu portativ hava hücumundan
müdafiə sistemi aşağı uçan təyyarə və helikopterləri məhv etmək
üçün istifadə olunur. “Mistral” sistemi yüksək dəqiqlik və
hərəkətlilik ilə tanınır.
5. “Dassault Mirage 2000”: bu çoxməqsədli qırıcı təyyarə yüksək
sürət və manevr qabiliyyəti ilə tanınır.
6. “Eurocopter AS532 Cougar”: bu çoxməqsədli helikopter yüksək
yükqaldırma qabiliyyəti və təhlükəsizlik təmin edir.
7. “Thales Raytheon Systems”: bu sistem hava məkanı nəzarəti və
erkən xəbərdarlıq üçün istifadə olunur. Yüksək dəqiqlik və
etibarlılıq ilə seçilir.
8. “Syracuse” rabitə peykləri: bu peyklər Ermənistanın rabitə
imkanlarını artırmaq və təhlükəsiz əlaqə təmin etmək üçün istifadə
olunur.
9. “Famas” tüfəngi: bu avtomatik tüfəng yüksək dəqiqlik və atəş
sürəti ilə tanınır. Yaxın döyüşlər üçün idealdır.
10 “Pamas G1” tapançası: bu tapança şəxsi müdafiə üçün istifadə
olunur və yüksək etibarlılıq ilə seçilir.
Ermənistan və Fransa arasında imzalanmış müqavilələr
çərçivəsində gələcək illərdə də əlavə silah və texnika tədarükü
gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə sülh və
stabillikdən çox danışsa da, rəsmi İrəvan ordusunu sürətlə
silahlandırmaq yolunu seçib. Belə ki, Ermənistan orduya və
silahlanmaya dövlət büdcəsindən ayırdığı xərcləri 2022-ci ildəki
800 milyon dollardan bu il 1,5 milyard dollara çatdıracaq.
Fransanı hami və havadar hesab etmələrinə rəğmən, ermənilər yeni
hərbi texnikanı, silahları və sursatları Hindistandan almağa
üstünlük verir: İrəvanla Dehli arasında hərbi-texniki əməkdaşlıq
sahəsində imzalanmış müqavilələrin ümumi həcmi artıq 1 milyard
dolları keçib.
Ermənistan Hindistandan aldığı və bundan sonra alacağı
silahların, hərbi texnikanın çeşidinə nəzər salaq:
1. “Pinaka” reaktiv yaylım atəşi sistemi: Hindistanın müdafiə
sənayesi tərəfindən inkişaf etdirilən bu çoxlüklü raket sistemi
yüksək dəqiqlik və atəş gücü ilə tanınır.
2. “TATA Kestrel” zirehli maşını: bu maşın həm əsgər daşıma, həm
də döyüş əməliyyatları üçün istifadə olunur.
3. “BMP-2” zirehli maşını: Hindistanın müdafiə sənayesi
tərəfindən modernləşdirilən bu maşın müxtəlif hərbi missiyalarda
istifadə edilə bilər.
4. “Akash” raket sistemi: bu yer-hava raket sistemi müxtəlif
təhdidlərə qarşı effektiv müdafiə təmin edir.
5. “HAL Dhruv” helikopteri: bu çoxməqsədli helikopter yüksək
yükqaldırma qabiliyyəti və təhlükəsizlik təmin edir. Müxtəlif
missiyalarda istifadə edilə bilər.
6. “HAL Chetak” helikopteri: bu helikopter sərnişin daşıma və
axtarış-xilasetmə əməliyyatları üçün istifadə olunur.
7. “BEL EW” sistemləri: Hindistanın “Bharat Electronics Limited”
şirkəti tərəfindən istehsal olunan bu sistemlər elektron müharibə
və rabitə təmin etmək üçün istifadə olunur.
8. “Insas” tüfəngi: bu avtomatik tüfəng yüksək dəqiqlik və atəş
sürəti ilə tanınır.
9. “Browning Hi-Power” tapançası: bu tapanca şəxsi müdafiə üçün
istifadə olunur.
Fransanın əsas məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda
geosiyasi təsir imkanlarına yiyələnmək, rəsmi İrəvanın MDB
ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)
tərk etməsinə və xarici siyasətində aşkar Qərbə meyillənməyə
üstünlük verməsinə nail olmaqdır.
Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makronun liberallara
mənsub olduğunu nəzərə alsaq, Paris və ümumiyyətlə, Avropa
İttifaqının liberal siyasi isteblişmenti ABŞ-nin Cənubi Qafqazda
güclənməsindən narahatdır. Birləşmiş Ştatlarda keçiriləcək
prezident seçkilərində mühafizəkar respublikaçı Donald Trampın
qələbəsinin ehtimal payının yüksək olduğu bəlli. Makron və onun
mənsub olduğu psevdoliberal düşərgə ciddi təlaşdadır.
Üstəlik, Fransada ifrat sağçıların və mühafizəkarların
populyarlığının artması, Makronun reytinqinin 24 faizə düşməsi
ölkədə keçiriləcək parlament seçkilərində Parisdəki indiki
iqtidarın vəziyyətini olduqca çətinləşdirəcək.
Məhz bu səbəbdən Fransada məğlub olmamaq üçün Makron ifrat
sağçıların və mühafizəkararın elektrotatını öz tərəfinə çəkmək,
həmin seçicilərin rəğbətini qazanmaq və “Böyük Fransa uğrunda
çalışdığını” göstərmək üçün xarici siyasətində neoimperialist
məzmunu xeyli gücləndirib.
Afrikadakı sabiq müstəmləkələrdən Fransanın biabırçı şəkildə
kənarlaşdırılmasını, bəzi ölkələrdənsə qovulmasını da xatırlasaq,
Emmanuel Makronun Ermənistanla bağlı absurd təsiri bağışlayan
tələsik və təhlükəli qərarlarının səbəbi aşkarlanır.
Fəqət Emmanuel Makronun partiyası Fransadakı parlament
seçkilərində qalib gəlsə belə (!), Paris İrəvana verdiyi vədlərin
tam əksəriyyətini yerinə yetirə bilməyəcək: səbəb bəsitdir –
Makronun Ukraynaya verdiyi vədlərin 99 faizi hələ də söz olaraq
qalır.
Nikol Paşinyan isə ABŞ, Fransa və Avropa İttifaqı ilə daha da
yaxınlaşmaq, əlaqələrlə təmasları daha aktiv etmək üçün bütün
vasitələrdən istifadə etməyə çalışır.
Halbuki indiki şəraitdə İrəvanın Qərbə meyilli siyasəti yalnız
vədlərin alınması və sakitləşdirici-şirnikləndirici bəyanatların
qəbulu ilə bitir.
Rusiya ilə əlaqələrin minimuma endirilməsi hesabına Qərbə
yaxınlaşmaq taktikası ermənilər üçün ağır fəsadlar verəcək.
Fransanın Cənubi Qafqazda əsas niyyəti Rusiya ilə bölgədə sərt
qarşıdurmaya getmək və prosesdə Ermənistandan istifadə
etməkdir.
Ona görə də həmin qarşıdurmada əsas və ilk qurban elə Ermənistan
olacaq.
Ermənilər problemi sadə yolla həll edə bilərlər: bunun üçün
regionda sülh və stabillik bərqərar olmalı, Ermənistan qonşuları
Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır.





























