Advertisement

Medvedev, Sadıqov və Qarayev Avropa Liqasında “Top-50”də

Bakı. Trend:

Avrokuboklarda 2024/25 mövsümünün startına 15 gün qalıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, qitə miqyaslı turnirlərin startı
ərəfəsində Avropa Liqasında ən çox oyun keçirən futbolçular
açıqlanıb.

“Top-50”də Azərbaycanın üç təmsilçisi yer alıb. İkinci dərəcəli
klub turnirində 73 matç keçirən Maksim Medvedev 12-ci yerə
şərikdir. O, Mehmet Topal və Daniel Karrisu ilə eyni göstəriciyə
malikdir. 66 oyuna çıxan Rəşad Sadıqov 30-cu, iki matç geri qalan
Qara Qarayev 41-cidir.

Futbolçularımız dəqiqə sayında da ön sıralardadır. Medvedev
5963, Sadıqov 5902 dəqiqə meydanda olub. Onlar müvafiq olaraq 16-cı
və 17-cidir. Qarayev (5206) 37-ci yerdədir.

Qeyd edək ki, hər iki göstəricidə Cüzeppe Berqomi liderdir.
“İnter”in italiyalı futbolçusu 96 matçda 8477 dəqiqə şans
qazanıb.