
Bakı. Trend:
Avropa çempionatında Türkiyə millisinin qalib olmağını
istəyirəm.
Trend xəbər verir ki,unu
İdman.biz-ə
Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq)
deyib.
Üçqat dünya çempionu Almaniyada futbol üzrə keçirilən Avropa
çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Hər bir oyunu
izlədiyini deyən Əzizlinin sözlərinə görə, qitə birinciliyinin
yekununu indidən proqnoz vermək çətindir: “Uşaqlıqdan Portuqaliya
komandasına azarkeşlik edirəm. Ancaq bu çempionatda daha güclü
komandalar var. Onlardan biri İspaniyadır. Bu komandanın hazırkı
heyəti çox güclüdür və sürətli futbol oynayırlar. Bundan savayı,
Almaniya komandası da mükəmməl futbol nümayiş etdirir. Nəzərə alsaq
ki, çempionat Almaniyada keçirilir, bu onlar üçün əlavə stimuldur.
Fransanın heyətinə baxanda da güclü futbolçular görürük. Düşünürəm
ki, bu üç komandadan biri qalib gələcək. Portuqaliyaya azarkeşlik
etsəm də, Avropa çempionatında Türkiyə millisinin qalib olmağını
istəyirəm. Amma “ay-ulduzlular”ın son oyunundan sonra məlum oldu
ki, çempionluq haqqında nəsə demək çox çətindir. Ümid edirəm ki,
qalib olmasa belə Türkiyə bundan sonra daha yaxşı oynayar. Düzü, bu
da çətin görünür”.
Qeyd edək ki, Türkiyə və Portuqaliya milliləri F qrupunda qrupda
yer alıblar. “Ay-ulduzlular” 3 xal topladıqları halda, Kriştiano
Ronaldonun komandası 6 xalla növbəti mərhələni təmin ediblər.





























