Bakı. Trend:
Lənkəranda evdə qadın meyiti aşkar olunub.
Trend xəbər verir ki, bu gün
günorta saatlarında Lənkəran şəhərinin Balaməmməd küçəsi 4/2
ünvanında qadın meyiti aşkar olunub.
Belə ki, təcili yardım briqadası və hüquq-mühafizə orqanlarının
əməkdaşları adı çəkilən ünvanda olublar. Məlum olub ki, meyit
Lənkəran rayon sakini 1956-cı il təvəllüdlü Şərqiyyə Rəhim qızı
Rəhimovaya məxsusdur. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

























