
Bakı. Trend:
Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə
qədər) təmir işlərinə başlanılıb.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.
Məlumata görə, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün
frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə
yetirilir.
İşlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız
ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin
təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən
məhdudlaşma tətbiq edilir.
“Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,
təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli
olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının
tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunur”, – deyə agentlik bəyan edib.





























