
Bakı. Trend:
Türkiyə futbol millisinin sabiq üzvü Ersent Martin vəfat
edib.
Trend-in
məlumatına görə, sabiq futbolçu aorta yırtıldığı ilə bağlı uzun
müddət reanimasiyada müalicə alıb və sonradan xəstəliklə mübarizə
aparırdı.
Məlumata əsasən, 1979-cu ildə Almaniyada anadan olan Ersen
Martin futbol karyerasını Nürnberqdə başlayıb. E.Martin Türkiyənin
“Beşiktaş”, “Siirtspor”, “Göztəpə”, “Dənizlispor”, “Ankaraspor”,
“Trabzonspor”, “Sivasspor”, “Manisaspor”, “Kasımpaşa”,
“Gənclərbirliyi” və “Eyüpspor” klublarında da çıxış edib.
Qısa müddət ərzində İspaniyanın “Recreativo Huelva” komandasında
da çıxış edən Ersen Martin 4 dəfə Türkiyə millisində çıxış
edib.





























