
Qubadlı. Trend:
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
(QHT) təmsilçiləri işğaldan azad olunmuş Qubadlı rayonuna səfər
ediblər.
Trend-in Qarabağ bürosu xəbər
verir ki, Zəngilanda keçirilən Azərbaycan Qeyri-Hökumət
Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində baş tutan səfər
zamanı Dövlət Sərhəd Xidmətinin Qubadlıdakı N saylı hərbi hissəsi
ziyarət edilib.
200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media
təmsilçiləri, ictimai xadimlər Zəngilan və Qubadlıda aparılan
infrastruktur və quruculuq işləri ilə tanış olub, “Böyük Qayıdış”a
hazırlıq prosesi haqqında məlumat alıblar.
N saylı hərbi hissədə isə qonaqlar 26 iyun – Silahlı Qüvvələr
Günü münasibətilə təşkil olunan tədbirdə iştirak ediblər, nümayiş
olunan hərbi-texniki vasitələrlə tanış olublar.
Daha sonra hərbi orkestrin müşayiəti ilə konsert proqramı təşkil
edilib.
Forumunun birinci günü Qubadlıya səfərlə yekunlaşıb. Qeyd edək
ki, forum iki gün davam edəcək.





























