Advertisement

Azərbaycan millisində problem məşqçidə deyil, futbolçulardadır – Fabio Luis Ramim

Bakı. Trend:

Azərbaycan çempionatının bəzi oyunlarına baxıram. “Qarabağ”
digərlər klublardan qat-qat üstündür.

Trend xəbər verir ki, bunu
İdman.biz
Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib.

43 yaşlı braziliyalı mütəxəssis Azərbaycan millisinə Fernandu
Santuşun baş məşqçi təyin olunmasına münasibət bildirib: “Fernandu
Santuş çox təcrübəli məşqçidir. Məncə, problem məşqçidə deyil,
futbolçulardadır. Güclü liqalarda top qovan oyunçularımız yoxdur.
İşi bu çətinləşdirir. Ümid edirəm ki, o yaxşı iş görə bilər”.

Qeyd edək ki, Fernandu Santuşun Azərbaycan millisində müqaviləsi
“3+1”dir.