Bakı. Trend:
Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian
Teynanın Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası
başlayıb.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından
sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və
yolları bağlayıblar.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ötən ay Numeaya
səfəri zamanı Teyna ilə görüşüb.





























