Bakı. Trend:
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika
Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan
Trend-ə bildirilib ki, Günəş fəallığı bir qədər zəifləyib.
Həmçinin tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində
ləkələrin sayı artaraq 10 ləkə qrupunda 176 ləkə müşahidə olunur.
Geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hazırda kosmik
hava sakitdir.
İyunun 30-dək Günəşdə C sinif alışmanın baş verməsi ehtimalı 99
faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X
(R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil
edir.
Günəş küləyinin sürətinin mənfi qütblü yüksəksürətli tac dəliyi
axınlarının təsiri ilə iyunun 24-nə qismən artacağı, sonra isə
nominal hala dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mənfi qütblü yüksəksürətli tac dəliyi
axınlarının təsiri ilə iyunun 24-nə qeyri-sabit olacağı, sonra isə
sakit olacağı proqnozlaşdırılır.





























