
Bakı. Trend:
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı
yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində
iştirak edən Azərbaycan millisi Vətənə geri dönüb.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən
qarşılama mərasimində idmançıları yaxınları, ailə üzvləri və media
nümayəndələri qarşılayıblar.
Azərbaycan yığması 8 qızıl, 5 gümüş və 5 bürünc olmaqla 18 medal
qazanıb.
U-15 yaş qrupunda Azərbaycan yığması komanda hesabında 2-ci yeri
tutub. 709 xal toplayan millimiz Türkiyə, Polşa, Bolqarıstan kimi
ölkələri qabaqlayıb. 1-ci pillədə 742 xalla Gürcüstan
qərarlaşıb.





























