Bakı. Trend:
Avropa İttifaqına üzvə olan 27 ölkənin xarici işlər nazirləri Aİ
Şurasının planlaşdırılmış iclasında Rusiyanın dondurulmuş
aktivlərindən əldə olunan 1,4 milyard avro mənfəətin Ukraynaya
hərbi yardım üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını
təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici
işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel
bildirib.
“Nazirlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən
gəlirin Avropa Sülh Fonduna yönəldilməsi üçün hüquqi bazanı
razılaşdırıblar. Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tez
Ukraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın 3-də 1,4 milyard
avro, ilin sonuna qədər isə daha 1 milyard avro köçürüləcək”, –
deyə o bildirib.
C.Borrelin sözlərinə görə, bu vəsait Ukrayna üçün hava
hücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınmasına,
həmçinin Kiyevdə müdafiə sənayesinin dəstəklənməsinə sərf
olunacaq.





























