Bakı. Trend:
Rusiyada növbəti dəfə silahlı hücum olub.
Trend xəbər verir ki, hadisə Bataysk şəhərində qeydə alınıb.
Naməlum şəxs travmatik tapançadan atəş açıb.
Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş
İdarəsinin mətbuat xidmətinin məlumatına görə, xəbərdarlıq üzrə
Vorovskoqo küçəsinə gələn polis əməkdaşları naməlum şəxsin
konstruksiyasına görə travmatik tapançaya bənzər əşyadan atəş
açdığını müəyyən ediblər.
“Polis hadisədə iştirak edən şəxsin müəyyən edilərək
saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirir”, –
məlumatda deyilir.
Məlumatda o da qeyd edilir ki, silahlı hücum məişət zəmnində baş
verib.





























