Bakı. Trend:
Xorvatiyanın kapitanı Luka Modriç Avropa çempionatları tarixində
qol vuran ən yaşlı futbolçu olub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, İtaliya ilə görüşdə 38 yaş 289 günündə
fərqlənib.
54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1
dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya
yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 12 gün təzələyib.
Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fəqlənib.
Qeyd edək ki, İtaliya – Xorvatiya matçı 1:1 hesabı ilə
yekunlaşıb.





























