Bakı. Trend:
Almaniyanın Ştutqart şəhərində avtomobil Macarıstanın baş naziri
Viktor Orbanın kortejini müşayiət edən polisin motosikletinə
çırpılıb.
Trend-in məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər
verib.
Məlumata əsasən, qəza nəticəsində 61 yaşlı polis əməkdaşı həlak
olub, daha bir polis əməkdaşı isə yaralanıb.
Bildirilib ki, qəza zamanı V.Orban hava limanına gedirmiş. O,
daha əvvəl Ştutqartda 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa
çempionatında Macarıstan millisinin oyununu izlədiyi stadiona baş
çəkib.
V.Orbanın avtomobil qəzasında xəsarət alıb-almadığı barədə
məlumat verilməyib.





























