Bakı. Trend:
İraq hökuməti bu ilin mayında “HƏMAS”ın əməliyyat bazasının
köçürülməsini və siyasi liderlərinin Qətərdən İraqa köçürülməsini
təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə “The National” nəşri İraqdakı mənbələrə
istinadən bildirib.
“İraq parlamentinin yüksək rütbəli deputatının sözlərinə görə,
potensial hərəkət may ayında “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyə
ilə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefonla
müzakirə edilib”, – deyə qeyd olunub.
Məlumata əsasən, İraqa potensial köçürülmə Doha və Vaşinqtonun
ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə keçirilən “Qəzza zolağında
atəşkəs danışıqlarında daha çox çeviklik nümayiş etdirmək” üçün
“HƏMAS” rəhbərliyinə təzyiqləri artırdığı ilə bağlıdır.





























