Bakı. Trend:
Kibercinayətkarlar İndoneziyanın milli məlumat emalı mərkəzinin
şifrəsini qıraraq 8 milyon dollar tələb ediblər.
Trend-in
məlumatına görə, bu barədə “Antara” dövlət informasiya agentliyi
ölkənin rabitə naziri Budi Ari Setiadiyə istinadla məlumat
yayıb.
Bildirilir ki, avtomatlaşdırılmış maşınların işləməyə davam
etməsinə baxmayaraq, hücum ötən həftə hava limanlarında bəzi dövlət
xidmətlərinin işini pozub.
Nazir bildirib ki, cinayətkarlar “Lock Bit 3.0” adlı mövcud
zərərli proqramın yeni versiyasından istifadə ediblər.





























