Advertisement

Beş ailə üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır

Bakı. Trend:

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd
Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş
tutacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları
dəqiqləşdiriləcək.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən
adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və
120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə
olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub,
barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin
“Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə
yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə
baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.