Advertisement

Bakıda köməksiz qalan 3 nəfər belə xilas edildi (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşların
evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə
məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış
üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli
yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil
olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.