Advertisement

Taksi fəaliyyəti üçün buraxılış kartı alan sürücülərin sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi”
və “Buraxılış kartı”) alan sürücülərin sayı 7000-ni keçib.

Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
istinadən xəbər verir.

“Təlim keçən sürücülərin sayı isə 24000-ni ötüb”, – deyə
agentlik bəyan edib.