Advertisement

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 993 ton süd və
qaymaq idxal edilib.

Trend Dövlət Gömrük
Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın
dəyəri 3 milyon 151 min ABŞ dolları olub.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 103
ton (5,4 %) çox, dəyər baxımından isə 1 milyon 105 min ABŞ dolları
(25,9 %) azdır.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc
Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.