Advertisement

Culian Assancın olduğu təyyarə Banqkoka eniş edib

Bakı. Trend:

“Wikileaks” portalının təsisçisi Culian Assanc ABŞ hökuməti ilə
razılaşma əldə etdikdən sonra iyunun 24-də Britaniyanı tərk
edib.

Trend AFP-yə istinadən xəbər verir ki, Culian Assancın
göyərtəsində olduğu təyyarə Banqkokun Don Mueang hava limanına
enib.

Təyyarə çox güman Sakit Okeanın cənubunda ABŞ ərazisi olan
Şimali Marian adalarında yerləşən Saipan adasına uçmazdan əvvəl
yenidən təchiz ediləcək və yanacaqla doldurulacaq. Onun yerli
vaxtla saat 21:00-da yola düşəcəyi və çərşənbə günü tezdən Saipan
adasına çatacağı gözlənilir.

Qeyd edək ki, Culian Assanc ilə ABŞ hökuməti arasında razılaşma
əldə olunub. Razılaşmaya görə, Culian Assanc casusluq ittihamı üzrə
öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanc Marian
adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki
federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında
çıxış edəcək.

Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə
Assancın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal
doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.