Advertisement

Misirdə 33 antik qəbir aşkarlandı

Bakı. Trend:

Misirin Əsvan regionunda qədim dövrə aid 33 ailəvi qəbir aşkar
edilib.

Trend Misirin Turizm Nazirliyinə istinadən xəbər verir ki,
Misir-İtaliya birgə arxeoloji missiyasının tapdığı qəbirlər eradan
əvvəl 712-332-ci illərə aiddir.

Qəbirlərdəki mumiya qalıqları həmin dövrdəki xəstəliklər barədə
dolğun məlumat əldə etməyə imkan verəcək. arxeoloji missiyanın
İtaliya tərəfindən rəhbəri, Milan Universitetinin professoru
Patrisiya Pyasentini bildirib ki, “bəzi mumiyalarda anemiya, pis
qidalanma, vərəm, osteoporoz və ağciyər xəstəliklərinin əlamətləri
aşkar edilib”.

Qeyd edək ki, Misir-İtaliya birgə arxeoloji missiyasının 2018-ci
ildən bəri Əsvanda qazıntı aparır.