
Şuşa. Trend:
Tarixi Şuşa şəhərində beynəlxalq forumun açılışında iştirak
etmək böyük şərəfdir.
Trend xəbər verir ki, bunu İSESCO-nun direktoru Salim Al Malik
Şuşada keçirilən “By Youth For Youth” (Gənclər tərəfindən gənclər
üçün) adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan incəsənət, musiqi və sülh
diyarıdır.
“Göstərdiyi səylərə görə Prezident İlham Əliyevə və Azərbaycan
xalqına təşəkkür etmək istəyirəm. Prezident İlham Əıiyev bu gün baş
tutan forum kimi təşəbbüslər vasitəsilə davamlı sülhü təşviq
edir”.
Direktor bildirib ki, İSESCO öz yeni proqramına uyğun olaraq
gənclərin iştirakına xüsusi önəm verir:
“Təşkilati səviyyədə İSESCO sülh prosesinin inkişaf
etdirilməsində gənclərin xüsusi rolu olduğunu vurğulayır”.
Qeyd edək ki, Şuşa şəhərində “By Youth For Youth” (Gənclər
tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.
Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif
ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil
olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.
Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı
inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini
müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin
müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan
yaratmaqdır.





























