Advertisement

Azərbaycanla əməkdaşlığımız sürətlə inkişaf edir – Salim Al Malik

Şuşa. Trend:

Azərbaycanla əməkdaşlığımız sürətlə inkişaf edir.

Trend xəbər verir ki, bunu İSESCO-nun direktoru Salim Al Malik
Şuşada keçirilən “By Youth For Youth” (Gənclər tərəfindən gənclər
üçün) adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

“Bu il Azərbaycanda keçiriləcək COP29-da da iştirak edəcəyik.
İSESCO bütün təklifləri, ideyaları nəzərə alaraq tərəfdaş ölkələrlə
bölüşür. Biz əminik ki, bugünkü gənclər sabahın liderləridir.
Çalışacağıq ki, gələcəyi inkişaf etdirməklə daha parlaq gələcək
quraq”.

Qeyd edək ki, Şuşa şəhərində “By Youth For Youth” (Gənclər
tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.
Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif
ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil
olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı
inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini
müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin
müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan
yaratmaqdır.